This is a specific ad

Türkiyənin MSK sədri: “Səsvermə problemsiz davam edir”

84

Another advertisement

“Səsvermə prosesi problemsiz davam edir”.

QafqazTürk xəbər verir ki, bunu Türkiyənin Mərkəzi Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında deyib.

O səsvermə prosesinin bundan sonra da promlemsiz və şəffaf keçiriləcəyinə ümidini ifadə edib: “Bu gün həm də demokratiya bayramıdır. Seçkilərin bütün namizədlər üçün uğurlu olmasını arzu edirəm”.

Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Report.az

Sonrakı yazı
Eurovision 2023-ün qalibi hansı ölkə oldu ?
Öncəki yazı
Marneuli bələdiyyəsinin İmir kəndində yol-nəqliyyat hadisəsi baş verib