This is a specific ad

Türkiyənin ilk Atom Elektrik Stansiyası

58

Another advertisement

Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyənin ilk Atom Elektrik Stansiyasının “Ağquyunun” açılış mərasimində videobağlantı vasitəsilə iştirak edəcək.

QafqazTürk xəbər verir ki, bu barədə məlumatı Kremlin mətbuat katibi Dimitri Peskov bəyan edib.

Qeyd edək ki, Ağquyu Atom Elektrik Stansiyası Rusiya Enerji Şirkətinin iştirakı ilə tikilib və Türkiyənin ilk atom elektrik stansiyası olacaq. Ağquyu stansiyası 4800 MVt gücə malikdir və dörd reaktordan ibarətdir. Layihənin tikintisi ilə bağlı müqavilə Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AES-in açılışında iştirak etməli idi, lakin seçkiqabağı kampaniya çərçivəsində çərşənbə axşamı səhhətindəki problemlərlə bağlı televiziyaya müsahibəsini ləğv etdikdən sonra prezidentin tədbirə qatıla biləcəyi hələlik məlum deyil.

P.S Atom energetikası ilə əldə olunan elektrik enerjisi neft və qazla əldə edilən enerjidən iki dəfə ucuz başa gəlməsi ilə seçilir. Buna baxmayaraq, Atom Elektrik Stansiyasıları bəşəriyyət tarixində öz faciəvi nəticələri ilə yadda qalıb. Məsələn, Ukrayna Pripyat şəhəri yaxınlığında Çernobıl Atom Elektrik Stansiyasının 4 saylı nüvə reaktorunda 1986-cı il 26 aprel tarixində baş vermiş fəlakətli nüvə qəzası böyük faciələrdən biri sayılır. Hadisə zamanı 7000-ə yaxın insan öldü, 25000 insan güclü radiasiya nəticəsində ömürlük şikəst oldu, on minlərlə insan isə sonsuz qaldı. Bu faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik yaranır. Hadisədən neçə illər keçsə də, radiasiyanın fəsadları hələ də Avropanı, yaxın coğrafiyanı dolanmaqdadır. Faciənin ilk dəqiqələrdə yalnız 40-a yaxın adam  öldü ki, onların da çoxu yanğınsöndürənlər idi.  Amma sonradan zəhərli bulud Asiya və Avropanı sarıdı. 

Buna görə düşünürəm ki, hər yeni Atom Elektrik Stansiyalarının tikintisində bəşəriyyət qarşısında böyük məhsuliyyətimizi hiss edilməli, yüksək təhlükəsizlik standartaları təyin edilməli və AES-in fəaliyyəti zamanı mütamadi olaraq təhlükəsizlik tədbirləri həyata keçrilməlidir. Çünkü Atom Elektrik Stansiyalarının tikintisində kiçik bir səhf yüzminlərlə insanların həyatına son qoya bilər və ana təbiəti qısa bir vaxtda məhv edər.

Sevindirici haldır kı, Türkiyənin ilk Atom Elektrik Stansiyası “Ağquyunun” tikintisində təhlükəsizlik standartları yüksək səviyyədə qorunmuşdur.

Sonrakı yazı
Türkiyənin yeni silahı “Gökdemir” ilk dəfə görüntülənib
Öncəki yazı
Roma Papası Fransiskdən qadın din xadimlərinə yeni hüquq