This is a specific ad

Türkiyəli ekspert: “15 iyulda dövlət çevrilişinə cəhd zamanı Azərbaycandan verilən dəstək minnətdarlıqla xatırlanır” – ƏTRAFLI

44

Another advertisement

“15 iyul 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı Türkiyəyə Azərbaycan rəhbərliyinin və xalqının verdiyi dəstək minnətdarlıqla xatırlanır”.

QafqazTürk “Report”– a istinadən xəbər verir ki, bu barədə Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar bildirib.

15 iyul 2016-cı ildə reallaşdırılmağa cəhd olunan xain planı Türkiyə tarixində “ən çətin sınaqlardan biri” adlandıran general-mayor deyib ki, Türkiyənin regionda və dünyada qlobal gücə çevrilməsindən narahat olan qüvvələr xaricdən dəstək verməklə ölkə daxilində iğtişaş yaradıb qədim türk dövlətini süquta uğratmağa çalışsalar da, bu səyləri baş tutmayıb: “Türkiyə xalq ordu və dövlət birliyi nəticəsində bu sınaqdan da uğurla çıxdı. Türk xalqı bir daha öz iradəsini, qətiyyətini, dövlətə, demokratiyaya sadiqliyini bütün dünyaya əyani şəkildə nümayiş etdirdi. Hər nə qədər bu xain plan Türkiyə iqtisadiyyatına mənfi təsir etsə də, dövlətimizi etibarsızlaşdırmaq, cəmiyyətdə qəzəb və iğtişaş yaratmaq cəhdləri uğursuz nəticə verdi”.

SDİ rəhbəri hesab edir ki, bu xain planın bir daha təkrarlanmaması üçün dəqiq analizlər aparılmalı, bundan ibrət alınaraq təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Güray Alparın fikrincə, hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Azərbaycanın Türkiyəyə ən yüksək səviyyədə dəstək verməsi ənənəvi hal alıb: “7 ildir ənənəvi olaraq Azərbaycan xalqı və dövləti Türkiyənin Konstitusiyasına, demokratiyasına qarşı yönəlmiş bu cinayəti qətiyyətlə pisləyir. Əminəm ki, həmrəyliyimizi qoruyaraq sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığını gələcək nəsillərə ötürməyə nail olacaq, strateji müttəfiqliyimizi bütün aspektlərdə inkişaf etdirərək daha da möhkəmləndirəcəyik”.

Sonrakı yazı
“Gürcüstan” qəzetinin 100 illik yubiley tədbiri keçirilib
Öncəki yazı
სამხრეთ კორეაში წყალდიდობის მსხვერპლთა რიცხვმა 20-ს გადააჭარბა