Türkiyədə meşə yanğınları genişlənir: Antalyadan Bursayadək minlərlə insan təxliyə olunub

63

Türkiyədə baş verən irimiqyaslı meşə yanğını Antaliyanın şərq hissəsini bürüyüb və Bursanın yaşayış məntəqələrinə qədər yayılıb. Türk mediasının verdiyi məlumata görə, bir neçə min insan təhlükəsizlik məqsədilə təxliyə edilib.

Yanğınlar həmçinin Karabük, Uşak və Kahramanmaraş vilayətlərində də qeydə alınıb. Güclü külək səbəbindən alov sürətlə yayılmaqda davam edir.

Türkiyə hakimiyyəti yanğının söndürülməsi üçün xüsusi təyyarələr, texnika və əlavə qüvvələr cəlb edib. Təəssüf ki, xilasedicilər arasında tələfat var – 10 nəfər həyatını itirib.

Bursa vilayətinin Orhaneli şəhərindəki meşə yanğını 10 saatlıq mübarizədən sonra nəzarət altına alınıb. Yanğınsöndürənlər işlərini fəal şəkildə davam etdirirlər.

Kateqoriya: Dünya, Gündəm, Region
Sonrakı yazı
Bu Avropa ölkəsi NATO-ya üzvlük məsələsini müzakirəyə çıxarır
Öncəki yazı
Müdafiə Nazirliyində korrupsiya ilə bağlı üç yüksək vəzifəli şəxs həbs edilib