Türkiyədə içməli su xəttinin inşası zamanı çökmə baş verdi: İşçilər torpaq altında qaldılar

0

Türkiyənin Trabzon vilayətinin Hayrat rayonunda içməli su xəttinin inşası zamanı çökmə baş verib.

QafqazTürk.com Türkiyə mətbuatına istinadən xəbər verir.

Rayonun Balaban məhəlləsində baş verən hadisədə 3 işçi torpaq altında qalaraq həyatını itirib.

Podratçı şirkət tərəfindən həyata keçirilən “Of-Hayrat Group İçməli Su” layihəsi çərçivəsində aparılan işlər zamanı sınaq məqsədilə verilən təzyiqli su çökməyə səbəb olub.

Hadisə yerinə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), sağlamlıq, xilasetmə və jandarma qrupları cəlb edilib. Nəticədə 3 işçinin meyiti aşkarlanıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Faxralı kəndində iftar süfrəsi açılıb – FOTOLAR
Öncəki yazı
რა ღირს ევრო 2024-ზე საქართველოს ნაკრების თამაშებზე დასასწრები ბილეთები?