This is a specific ad

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğradı: İki pilot şəhid oldu

13

Another advertisement

Türkiyənin Kayseri vilayətinin Kocasinan rayonunda təlim təyyarəsi qəzaya uğrayıb.

Nəticədə iki pilotun şəhid olduğu bildirilir.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında məlumat verib.

Məlumata görə, hadisə yerinə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları göndərilib, axtarış-xilasetmə işlərinə başlanılıb.

“Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığımıza məxsus “SF-260D” tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Axtarış-xilasetmə işlərinə başlanılıb”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ermənistanlı nazir müavini: Gürcüstanla delimitasiya prosesi davam etdirilməlidir
Öncəki yazı
LGBT mövzularını təbliğ edən səhnələrin Gürcüstan televiziyasında yayımı qadağan olunacaq