Türkiyədə güclü zəlzələ baş verib, yaralananlar var

57

Türkiyədə güclü zəlzələ baş verib.

Türkiyə Fövqəladə Hallar Agentliyinin məlumatına görə, iyunun 3-də saat 03:17-də baş verən zəlzələnin gücü 5,8 bal olub.

Zəlzələnin episentri Aralıq dənizində, Muğla vilayəti sahillərində, təxminən 68 kilometr dərinlikdə yerləşib.

Mətbuatın məlumatına görə, Marmarisdə baş verən zəlzələdə 7 nəfər xəsarət alıb. 69 nəfərin çaxnaşma və hündürmərtəbəli binalardan tullanaraq aldığı xəsarətlərə görə, tibbi yardıma ehtiyacı olub.

Zəlzələ episentrdən təxminən 29 kilometr aralıda yerləşən qonşu Yunanıstanın Rodos adasında da hiss olunub. Adadakı binalar silkələnsə də, ciddi xəsarət və tələfat təsdiq edilməyib.

 

Kateqoriya: Dünya, Region
Sonrakı yazı
4 iyun tarixinə olan valyuta məzənnəsi bəllidir
Öncəki yazı
SARAL İnkişaf və Təhsil Mərkəzində uşaqlar üçün maarifləndirici tədbir keçirilib