Türkiyədə güclü zəlzələ baş verib

90

Türkiyənin Kütahya şəhərində güclü zəlzələ baş verib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb  və yeraltı təkanların 4,5 bal gücündə olduğu bildirilir.

Türkiyə Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 13:15-də qeydə alınıb.

Yeraltı təkanların ocağı 7,71 kilometr dərinlikdə yerləşib.

Kateqoriya: Cəmiyyət, Dünya, Region
Sonrakı yazı
11 iyun tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
ABŞ və İran nümayəndə heyətləri bu tarixdə görüşəcəklər