This is a specific ad

Türkiyədə 255 terror təşkilatı şübhəlisi ələ keçirildi 

41

Another advertisement

Türkiyədə separatçı terror təşkilatlarına, DEAŞ, FETÖ və solçu terror təşkilatlarına qarşı aparılan əməliyyatlar zamanı şübhəli olaraq bilinən 255 nəfər təşkilat üzvü ələ keçirilib.

QafqazTürk.com xəbər verir ki,bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin “Instagram” hesabında paylaşım edilib.

Paylaşımda Jandarm Baş Komandanlığının Terrorla Mübarizə İdarəsinin koordinasiyası altında terror təşkilatlarının fəaliyyətinin qarşısının alınması və maliyyə mənbələrinin bloklanması çərçivəsində həyata keçirilən əməliyyatlarla bağlı məlumat verilib.

Məlumatda, həmçinin bildirilib ki, sosial media hesabları vasitəsilə terror təşkilatlarını tərifləyən paylaşımlar etdiyi aşkarlanan 38 şübhəli şəxs barəsində məhkəmə işi başlanılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
KİV: Fransa Ukraynanın imtina etdiyi zirehli maşınları Ermənistana göndərib
Öncəki yazı
Polşa Belarus sərhədi yaxınlığında yeni tank taboru yaradır