This is a specific ad

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan BMT-də dünyaya səs salan çıxış!

293

Another advertisement

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan BMT-də dünyaya səs salan çıxış!

“Ey insan haqları təşkilatları, Qəzzada, Qərb sahilində yaşayanlar insan deyil? Fələstində uşaqların oxumağa, yaşamağa, küçədə oynamağa haqqı yoxdurmu? Media qurumları, İsrailin basqın etdiyi təşkilatlar sizin həmkarlarınız deyilmi?”.

Ərdoğan çıxşında BMT Təhlükəsizlik Şurasına da çağırış edib:

“Qəzza soyqırımının qarşısını almaq və bu zülmə, barbarlığa “dayan” demək üçün nə gözləyirsiniz? Fələstin xalqının və öz vətəndaşlarının həyatını təhlükəyə atan qətliam şəbəkəsini dayandırmaq üçün nə gözləyirsiniz? İsraili qeyd-şərtsiz dəstəkləyənlər, nə vaxta qədər bu vəhşiliyin tərəfdarı olmağın utancını yaşayacaqsınız? Uşaqlar, körpələr ölərkən, beynəlxalq ictimaiyyət də çox pis sınaq keçirdi. Bu, böyük mənəvi çöküşün əlamətidir”.

Qeyd edək ki, Ərdoğanın çıxışı alqışlarla müşayiət olunub.

Kateqoriya: Cəmiyyət, Dünya
Sonrakı yazı
Putin Rusiyanın nüvə silahından istifadə halları ilə bağlı Rusiyanın nüvə doktrinasına dəyişikliklər edib
Öncəki yazı
Gürcüstanın seçki administrasiyası və yerli müşahidə təşkilatları davranış kodeksini imzalayıb