Türkiyə məhkəməsi korrupsiyada şübhəli bilinən İstanbul meri Əkrəm İmamoğlunun həbsinə qərar verib.
Məlumatı Türkiyə mətbuatı yayıb.
Bir neçə gündür Türkiyənin şəhərlərində korrupsiya və terrorla əlaqəsi olduğu iddia edilən istintaq çərçivəsində saxlanılan Türkiyənin ana müxalifətçi Cümhuriyyət Xalq Partiyasının üzvü, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək məqsədilə etiraz aksiyaları keçirilir. Hüquq-mühafizə orqanları yüzlərlə etirazçını həbs edib.
Cümhuriyyət Xalq Partiyası İmamoğlunun həbsini siyasi motivli adlandırıb və tərəfdarlarını dinc nümayişlər keçirməyə çağırıb.