This is a specific ad

Türkiyə BRİCS-ə qoşulur

300

Another advertisement

Türkiyə BRİKS-ə qoşulmaq üçün ərizə təqdim edib.

QafqazTürk Media xəbər verir ki bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyul ayında bildirib ki, NATO üzvü olan Türkiyə BRİKS-i “digər strukturlara alternativ” hesab etmir.

BRİKS Rusiya Federasiyası, Braziliya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının daxil olduğu qeyri-rəsmi dövlətlər qrupudur. Cənubi Afrika Prezidenti Cyril Ramaphosa 24 avqust 2023-cü ildə Argentina, İran, Səudiyyə Ərəbistanı, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərinin tamhüquqlu üzv olmağa dəvət edildiyini açıqladı. Daha sonra Argentina qoşulmaqdan imtina etdi.

BRİKS-in növbəti sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Xüsusi İstintaq Xidmətində pedofiliya və cinsi zorakılığa görə məhkum olunmuş şəxslərin reyestri və monitorinq mexanizmi yaradılacaq
Öncəki yazı
Məktəblərdə peşə təhsili proqramlarının tətbiqinə başlanılır