• 30 Noyabr 2023 02:19

Türkiyənin zəlzələ bölgələrində 100 mindən çox evin tikintisinə başlanılıb

Avatar photo

ByHacı Xəlilzadə

Apr 19, 2023

Türkiyənin zəlzələ bölgələrində 100 mindən çox evin tikintisinə başlanılıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyənin Xəzinə və Maliyyə naziri Nureddin Nebati bildirib.

“Zəlzələ qurbanlarına dəstək üçün bu günə qədər Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) 40 milyard lirədən çox vəsait ayrılıb. Bu günə qədər zəlzələ bölgələrinə dəyən ziyanın qarşılanması üçün ümumilikdə 19,6 milyard lirə ödənilib”, – deyə nazir əlavə edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 50 min 500-ə çatıb.

17790cookie-checkTürkiyənin zəlzələ bölgələrində 100 mindən çox evin tikintisinə başlanılıb