This is a specific ad

Türkiyənin XİN başçısı Moskvaya səfər edəcək

14

Another advertisement

Türkiyənin xarici işlər naziri Hakan Fidan “Taxıl sazişi”nin bərpası ilə əlaqədar danışıqlar aparmaq üçün sentyabrda Moskvaya səfər edəcək.

QafqazTürk.com xəbər verir ki, bununla yanaşı, İstanbulda Rusiya, BMT və Türkiyə nümayəndələri arasında “Taxıl sazişi” üzrə danışıqların aparılması da mümkündür.

Görüş uğurlu olarsa, gələcəkdə İstanbulda Ukraynanın iştirakı ilə danışıqların aparıla biləcəyi də gözlənilir.

Avqustun 23-də Türkiyə prezidentinin baş müşaviri Akif Çağatay Kılıç Kiyevə səfər edib. Avqustun 25-də isə Fidan Ukraynanın paytaxtına yola düşəcək.

Türkiyə nümayəndələri arasında danışıqların gündəmində Qara dəniz “Taxıl sazişi”nin həyata keçirilməsinin bərpası var.

Kateqoriya: Dünya
Sonrakı yazı
Paşinyan: “Azərbaycana sülh sazişi ilə əlaqədar yeni təkliflər vermişik”
Öncəki yazı
Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək