This is a specific ad

Türkiyənin müdafiə naziri Zakir Həsənova zəng etdi

45

Another advertisement

Sentyabrın 19-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler arasında telefon danışığı olub.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Zakir Həsənov Azərbaycanın Qarabağ regionunda keçirilən lokal xarakterli antiterror tədbirləri barədə həmkarını məlumatlandırıb.

Yaşar Güler Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Ermənilərin 4-cü atıcı briqadası məhv edildi – VİDEO
Öncəki yazı
Azərbaycan XİN: “Regionda sülhə nail olmağın yeganə yolu Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır”