This is a specific ad

Türkiyənin ilk milli “Yeni Altay” tankları sınaq üçün təhvil verilib – FOTOLAR

55

Another advertisement

Türkiyə Almaniyanın ‘Leopardı’ ilə müqayisə edilən milli “Yeni Altay” tankı Orduya təhvil verilib.

QafqazTürk.com xəbər verir ki, mərasim Sakaryada keçirilib.

Mərasimdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əsas döyüş tankı olacaq “Yeni Altay” tankı Türkiyənin müdafiə sənayesindəki nailiyyətlərdən biridir:

“Tankın hazırlanması zamanı biz çoxlu çətinliklərlə qarşılaşdıq. Prosesi sabotaj etməyə cəhd edilib. Biz təslim olmadıq, bir addım da geri çəkilmədik. Biz daha yaxşı, daha müasir silah istehsal etmək üçün çox çalışmışıq. Xüsusilə, mühəndislərimiz bir çox maneələri dəf etmək üçün çox çalışdılar”.

Qeyd edək ki, “Yeni Altay” davamlılıq və təhlükəsizlik baxımından rəqiblərini üstələyir. 120 mm və 55 kalibrli topla təchiz edilən müasir tank atəş sistemi çox güclüdür. Zərbə gücü baxımından böyük tutuma malik yeni hərbi maşın azı 8 kilometr məsafədəki hədəfi vura biləcək.

“Yeni Altay” nisbətən yüngüllüyiüsayəsində yüksək hərəkətliliyə malikdir və bunun sayəsində rəqiblərini geridə qoymağı bacarıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Məktəblərdə yay tətilinədək 3 gün rəsmi tətil olacaq
Öncəki yazı
Medvedev G7-yə Ukrayna dilində cavab verdi – FOTO