Another advertisement
“Müharibəni davam etdirməkdənsə, üç-beş illik sülh danışıqları variantı üzərində dayanaq. Əsas odur ki, qan tökülməsi sona çatsın. Biz mövcud vəziyyəti nəzərə alaraq dialoqun irəliləyiş imkanlarını müzakirə edəcəyik”.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Rusiya-Ukrayna müharibəsi barədə danışarkən bildirib.
İ.Kalın Qərb ölkələrinə müraciətində “Müharibədən deyil, sülhdən yapışın” deyə qeyd edib.