Türkiyədə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təyin olunan yeni nazirlərin andiçmə mərasimi keçirilib.
QafqazTürk.com xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində (TBMM) baş tutub.
İlk olaraq, hökumətdə vitse-prezident vəzifəsini tutan Cevdet Yılmaz and içib.
Xatırladaq ki, Türkiyədə Yılmaz Tunç ədliyyə, Mahinur Özdemir Göktaş ailə və sosial xidmətlər, Vedat İşıkhan əmək və sosial müdafiə, Mehmet Özhaseki şəhərləşmə və iqlim dəyişikliyi, Hakan Fidan xarici işlər, Alparslan Bayraktar energetika və təbii sərvətlər, Osman Aşkın Bak gənclik və idman, Mehmet Şimşək xəzinə və maliyyə, Ali Yerlikaya daxili işlər, Mehmet Nuri Ersoy mədəniyyət və turizm, Yusuf Tekin milli təhsil, Yaşar Güler milli müdafiə, Fəxrəddin Qoca səhiyyə, Mehmet Fatih Kacır sənaye və texnologiya, İbrahim Yumaklı kənd təsərrüfatı və meşə, Ömər Bolat ticarət, Abdulkadir Uraloğlu nəqliyyat və infrastruktur naziri vəzifələrinə təyin olunublar.