This is a specific ad

Türkiyədə üçtərəfli təlim keçirilib

67

Another advertisement

Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatında Ankarada təbii fəlakətlər zamanı DAK-23 axtarış-xilasetmə təlimi keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının əsgərləri türkiyəli və azərbaycanlı həmkarları ilə birgə bir həftəlik taktiki səviyyəli təlimdə iştirak ediblər.

Üçtərəfli təlim mümkün təbii fəlakətlər zamanı Gürcüstan-Türkiyə-Azərbaycan axtarış-xilasetmə qrupları arasında əməkdaşlığın, koordinasiyanın və qarşılıqlı uyğunluğun artırılması məqsədi daşıyıb.

Təlimdə simulyasiya ssenarisinə uyğun olaraq zəlzələ zamanı axtarış-xilasetmə əməliyyatları həyata keçirilib. Hərbçilər xilasedici avadanlıqlardan istifadə etməklə yaralıları dağıntılar altından çıxarmalı, yaralıları quru və hava nəqliyyatı ilə təxliyə etməli, dağıntılar altında qalmış insanları itlərin köməyi ilə axtarıb xilas etməli olublar.
Təlim növbə ilə aparılır. Gələn il DAK-23-ə Azərbaycan, daha sonra isə Gürcüstan ev sahibliyi edəcək”, – deyə məlumatda bildirilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
დღეს 28 დეკემბერს საახალწლო კვირეულის ფარგლებში თამარისში კონცერტი გაიმართება
Öncəki yazı
ბოლნისის მუნიციპალიტეტში, საქართველოს მთავრობის ადმინისტრაციის ორგანიზებით დაგეგმილი საახალწლო ღონისძიებისთვის „ახალი წლის დღეები“ მზადება დილიდან მიმდინარეობს