This is a specific ad

Türkiyədə meşə yanğını baş verib

13

Another advertisement

Türkiyənin Osmaniye şəhərinin Çamiçi mahalı sərhədlərində səhər saatlarında naməlum səbəbdən meşə sahəsində yanğın baş verib. 

QafqazTürk.com Türkiyə mediasına istinadən xəbər verir ki, tüstünü görən məhəllə sakinləri Meşə Təsərrüfatı Müdirliyinə və jandarmaya xəbər veriblər. Hadisə yerinə sövq edilən qruplar qısa müddətdə əraziyə çatıb.

Yanğının söndürülməsinə 5 ədəd çiləyici, tikinti texnikası və helikopter cəlb edilib. Havadan və qurudan edilən müdaxilə ilə yanğın böyümədən 1 saat ərzində nəzarət altına alınıb və soyutma işlərinə başlanılıb.

Təxminən bir hektar qırmızı şam meşəsinə ziyan vuran yanğınla bağlı araşdırma başladılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda tibb bacısı-həkim nisbəti
Öncəki yazı
Reklam mesajları razılıq olmadan göndərilməyəcək