Another advertisement
Mərmərə adasından dolomit daşı yükləyən 53 yaşlı “Batuhan A.” gəmisi İmralı adası sahillərində dalğalara tab gətirə bilməyib batıb.
QafqazTürk.com xəbər verir ki, gəminin sahibi ilə birlikdə altı dənizçi itkin düşüb.
Murat Altıntaşa məxsus “Batuhan A.” gəmisi Mərmərə adasından götürdüyü yükü mütəmadi olaraq Gəmlik limanına daşıyırmış. İddiaya görə, 53 illik 900 tonluq gəmiyə 1150 ton yüklənibmiş.
Hazırda axtarış-xilasetmə tədbirləri görülür.