Türkiyədə “Mahzen” əməliyyatı: Mütəşəkkil cinayətkar qrupun rəhbəri saxlanıldı – VİDEO

42

Türkiyənin Balıkesir və Bursa şəhərlərində mütəşəkkil cinayət qruplara qarşı “Mahzen-31” əməliyyatı keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya şəxsi sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, əməliyyat zamanı İsmayıl Yavuz adlı şəxsin başçılıq etdiyi mütəşəkkil cinayət qrupu zərərsizləşdirilib. Qrup rəhbəri də daxil olmaqla, cinayətkar qrupun üzvü olan səkkiz şübhəli saxlanılıb.

Qrup üzvlərinin narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti, insanı azadlığından məhrum etmə, talançılıq və oğurluq, silahla təhdid və hücum, işgəncə vermə və digər bu qəbildən cinayətlər törətdiyi məlum olub.

Əməliyyat nəticəsində ov tüfəngləri, müxtəlif miqdarda narkotik vasitə və cinayətdə istifadə olunduğu müəyyən edilən çox sayda cib telefonu ələ keçirilib.

37
2
Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə Milli Suverenlik və Uşaq Bayramı Gününü qeyd edir
Öncəki yazı
ATƏT-də Azərbaycan və Ermənistan nümayəndələri arasında mübahisə düşüb