Türkiyədə avtomobil qəzası baş verib – 11 ölü, 57 yaralı – FOTOLAR

1

Türkiyənin Şimali Mərmərə şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az TRT-yə istinadən xəbər verir ki, Sakarya bölgəsində baş verən qəza zamanı 3-ü avtobus və biri yük maşını olmaqla 7 nəqliyyat vasitəsi zəncirvari qəza törədib.

Qəza nəticəsində 11 nəfər ölüb, 57 nəfər yaralanıb. Xəsarət alanların 10-nun xəstəxanaya yerləşdirildiyi bildirilir.

Hadisəyə səbəb kimi dumanlı hava göstərilir. Hazırda ərazidə xilasetmə işləri davam edir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə minimum əməkhaqqı 49% ARTIRILDI
Öncəki yazı
როგორი იქნება კანდიდატის სტატუსის გავლენა ბიზნესზე – შეფასებები