This is a specific ad

Türkiyə XİN ASALA-nın öldürdüyü diplomatı yad etdi

49

Another advertisement

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ASALA erməni terror təşkilatı tərəfindən qətlə yetirilən diplomat Dursun Aksoyun xatirəsini anıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi tviter səhifəsində paylaşım edilib.

Erməni terror təşkilatı ASALA tərəfindən 14 iyul 1983-cü il tarixində şəhid edilən Brüsseldəki səfirliyimizin inzibati attaşesi Dursun Aksoyu sayğı və rəhmətlə anırıq“, – deyə qeyd olunub.

ASALA” TERROR TƏŞKİLATI HAQQINDA

ASALA (Ermənistanın Azadlığı üçün Gizli Erməni OrdusuArmenian Secret Army for the Liberation of Armenia) erməni terror təşkilatı 1975-ci ildə Fələstinin köməyi ilə Livanda, Beyrut şəhərində yaradılıb. Bu terror təşkilatı təxminən 30 il ərzində dünyanın 10-dan çox ölkəsində 150-yə yaxın terror aktı və insident ilə günahsız 46 nəfərin ölümünə və 299 nəfərin yaralanmasına səbəb olub. Əsasən türk səfirliklərini hədəf alan təşkilat bir çox önəmli şəxsin ölümünə səbəb olub.

Təşkilatın əsas məqsədləri bunlar olub:

* Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaq;

* İddia etdikləri “erməni soyqırımı”nın qisasını almaq.

Təşkilat ABŞ, Kanada və Avropanın bəzi ölkələrində yaşayan ermənilər tərəfindən erməni diasporası vasitəsilə maliyyələşib.

“ASALA” ABŞ tərəfindən rəsmi terror təşkilatları siyahısına salınıb.

Təşkilatın 1991-ci ildə dağıldığı deyilir, lakin 1997-ci ildə Belçikanın paytaxtı Brüsseldə özlərini “ASALA” adlandıran bir qrup Türkiyə səfirliyini bombalamışdı. Son günlərdə baş verən erməni təxribatı, cinayəti, şiddəti və bu vizualda istifadə edilən foto göstərir ki, bu təşkilatın törəmələri və qırıntıları, terror təşkilatının fanları hələ də fəaliyyətlərini davam etdirirlər. “ASALA”dan sonra ermənilərin “Apostol”, “Geqarın”, “Armenian Resistance Organization”, “Freedom Tigers” və s. terror və təxribat xarakterli təşkilatları yaradılıb.

“ASALA” terror təşkilatının dağılmasında əsas təkanverici məqamlar:

* 1982-ci ildə İsrailin Livana hücumu ilə qrup öz təşkilatı dəstəyini itirir;

* 1988-ci ildə terror təşkilatının qurucusu Hagop Hagopian Yunanıstanın Afina şəhərində küçədə gəzərkən öldürülür.

Kateqoriya: Dünya
Sonrakı yazı
“yeraltı dünyası kriminal aləmi” ilə əlaqədə olan 13 nəfər həbs edilib
Öncəki yazı
Ərdoğan Putinlə taxıl sazişini müzakirə edəcək