This is a specific ad

Türkiyə Super Liqasında qalmaqal: Futbol klubunun prezidenti hakimi döydü – FOTO/VİDEO

51

Another advertisement

Türkiyə Super Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ankaragücü” – “Çaykur Rizəspor” matçından sonra böyük qalmaqal yaşanıb.

QafqazTürk.com xəbər verir ki, “Ankaragücü” oyunun əsas vaxtında 1-0 irəlidə olsa da, 90+7-ci dəqiqədə rəqibin qol vurmasının qarşısını ala bilməyib və matç 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Oyun zamanı hakim “Ankaragücü”nün futbolçusu Ali Sounun qolunu saymayıb. İkinci hissədə isə onu meydandan qovub.

Oyunun final fitindən sonra “Ankaragücü”nün prezidenti Faruk Koca meydana daxil olaraq matçın baş hakimi Halil Umut Meleri yumruqlayıb. Hücumdan sonra hakimin sol gözü göyərib. Kocanın yanında olan iki nəfər isə yerə yıxılmış vəziyyətdə olan Melerin başına və kürəyinə təpiklər vurublar.

Hakim matçdan sonra xəstəxanaya aparılıb.

Türkiyə Futbol Federasiyasının İdarə Heyəti insidentlə əlaqədar növbədənkənar iclas keçirməyə qərar verib.

Kateqoriya: İdman
Sonrakı yazı
Ölkədə ən çox bahalaşan xidmətlər – STATİSTİKA
Öncəki yazı
Çempionlar Liqası: “Qalatasaray” bu gün həlledici oyuna çıxacaq