Türkiyə Super Liqası: Bu gün çempion müəyyənləşə bilər

0

Bu gün Türkiyə Super Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşə bilər.

QafqazTürk.com xəbər verir ki, “Qalatasaray” 36-cı tur matçında səfərdə “Ankaragücü”yə qalib gəlməyi bacarsa, çempionluğunu elan edəcək.

Hazırda ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal üstələyən “sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, ən azı bu fərqi qoruyacaq. Qalan bir matçda – komandaların öz aralarındakı görüşdə isə “Fənərbağça” hətta qalib gəlsə belə, rəqibinə çata bilməyəcək.

“Ankaragücü” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Eyni vaxtda “Fənərbağça” “Antalyaspor”u qonaq edəcək.

0
0
Kateqoriya: İdman
Sonrakı yazı
Gürcü Arzusu Hökuməti 2008-ci ildə Rusiya ilə müharibənin qarşısını alardı – Baş nazir
Öncəki yazı
Azərbaycanla İsrail arasında səhiyyə və tibb elmi sahələrində Əməkdaşlıq Planı imzalanıb