Another advertisement
Bu gün Türkiyə Super Liqasında 2022/23 mövsümünün qalibi müəyyənləşə bilər.
QafqazTürk.com xəbər verir ki, “Qalatasaray” 36-cı tur matçında səfərdə “Ankaragücü”yə qalib gəlməyi bacarsa, çempionluğunu elan edəcək.
Hazırda ən yaxın izləyicisi “Fənərbağça”nı 5 xal üstələyən “sarı-qırmızılar” qələbə qazanacağı təqdirdə, ən azı bu fərqi qoruyacaq. Qalan bir matçda – komandaların öz aralarındakı görüşdə isə “Fənərbağça” hətta qalib gəlsə belə, rəqibinə çata bilməyəcək.
“Ankaragücü” – “Qalatasaray” oyunu Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Eyni vaxtda “Fənərbağça” “Antalyaspor”u qonaq edəcək.