Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri İstanbulda görüşəcəklər

1

Türkiyə, Ukrayna və Rusiya müdafiə nazirlərinin müavinlərinin mayın 5-i İstanbulda görüşməsi planlaşdırılır.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüslərindən sonra uzadılan “Taxıl dəhlizi” sazişinin vəziyyəti ilə bağlı danışan Akar bildirib:

“Görüşdə başda taxıl məsələsi olmaqla bəzi mövzular da müzakirə olunacaq. Ümid edirik ki, taxıl sazişi problemsiz davam edəcək. Çünki bu saziş həm regional sülh və sabitlik, həm də ehtiyacı olan ölkələr üçün çox vacibdir. Bu kontekstdə deyə bilərik ki, tərəflər müddəti uzatmağa hazırdırlar. Arzu edirik ki, bu təşəbbüs problemsiz davam etdirilər”.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
BÜRCLƏR – 03.05.2023
Öncəki yazı
Azərbaycanlı müğənni Rəcəb Tayyib Ərdoğana mahnı yazıb