Another advertisement
Rusiya sülhməramlıları 2025-ci ilə qədər Dağlıq Qarabağı tərk edəcəklər, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
QafqazTürk.com xəbər verir ki, azərbaycanlı jurnalistin Qarabağda rus sülhməramlılarının yerləşdirilməsi ilə əlaqədar sualına cavab olaraq Ərdoğan bildirib ki, razılaşmaya əsasən, Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağda göstərilən yerlərdə qalacaq, 2025-ci ildə isə Rusiya bu yerləri tərk edəcək.
“Mən inanıram ki, Moskva razılaşmaya əməl edəcək. Qardaşım İlham Əliyev də bölgədəki vəziyyəti diqqətlə izləyir”, – deyə Türkiyə prezidenti bildirib.