Another advertisement
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dehlidə keçiriləcək 18-ci G20 liderlərinin zirvə iclasında iştirak etmək üçün 8-10 sentyabr tarixlərində Hindistanda olacaq.
QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlukat yayıb.
Məlumata görə, G20 liderləri “Bir dünya, bir ailə, bir gələcək” şüarı altında keçiriləcək sammitin üç sessiyasında fikir mübadiləsi aparacaqlar.
Prezident Ərdoğanın G20 liderləri ilə görüşməsi, həmçinin sammitdə iştirak edən bəzi dövlət və hökumət başçıları ilə təmasları gözlənilir.