Türkiyə ordusu PKK hədəflərini məhv etdi

0

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən antiterror əməliyyatları barədə məlumat paylaşıb.

QafqazTürk.com xəbər verir ki, pilotsuz uçuş aparatlarının və tanker təyyarələrinin iştirak etdiyi hava əməliyyatında 3 fərqli bazadan havaya qalxan döyüş təyyarələri ilə İraqın şimalında sərhəddən 140 kilometr məsafədə terror hədəfləri eyni vaxta bombalanıb.

Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terror təşkilatına aid 16 hədəf məhv edilib.

Məlumatda qeyd edilir ki, istər planlaşdırma, istərsə də icra mərhələsində çox həssaslıqla həyata keçirilən keçirilən əməliyyatla qərargah deyilən sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları və hədəflər məhv edilib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyə Naxçıvan sazişi ilə əlaqədar bəyanat yayımladı
Öncəki yazı
İsveçdə kimya üzrə Nobel mükafatının laureatları elan olunub – FOTO