This is a specific ad

Türkiyə Müdafiə Nazirliyi: “Qarabağ Azərbaycan torpağıdır və hansısa status qəbuledilməzdir”

41

Another advertisement

Qarabağ Azərbaycan torpağıdır, hansısa status qəbuledilməzdir.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Bildirilib ki, Azərbaycan antiterror tədbirlərini özü keçirib:

Azərbaycanlı qardaşlarımızın haqlı mübarizələrində yanında olmağa davam edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bundan başqa, hansısa status qəbuledilməzdir. Erməni silahlı birləşmələrinin uzun müddətdir davam edən təxribatlarına cavab olaraq Qarabağda həyata keçirilən tədbirləri, atəşkəs qərarını və bölgədəki son durumu izləyirik“.

Eyni zamanda vurğulanıb ki, Türkiyə Silahlı Qüvvələri Azərbaycanın keçirdiyi antiterror tədbirlərində heç bir şəkildə iştirak etməyib.

Qeyd edək ki, bu gün Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. Y.Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. Türkiyə milli müdafiə naziri şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara Allahdan şəfa diləyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub
Öncəki yazı
Zaxarova sülhməramlıların öldürülməsinə münasibət bildirdi