Another advertisement
Türkiyənin milli müdafiə naziri Hulusi Akar xəzinə və maliyyə naziri Nurettin Nebati ilə birgə Milli Müdafiə Nazirliyinin Rəqəmsal Təqdimat Mərkəzində müvəffəqiyyət qazanan tələbələrlə görüşüb.
QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, tədbirdə çıxış edən Hulusi Akar mühüm bəyanatlar verib.
“Türkiyə artıq köhnə Türkiyə deyil. Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyində beynəlxalq aləmdə subyektə çevrilmişik. Türkiyəsiz bir tarazlıq ola bilməz, xüsusilə Balkanlarda, Qafqaz, Yaxın Şərq və Qara dəniz bölgəsində. Biz müdafiə, təhlükəsizlik, diplomatiya, iqtisadi və sosial baxımdan belə bir nöqtədəyik. Bunun daha da irəli getməsi üçün çalışmalarımızı davam etdiririk”, – deyə nazir bildirib.
O, gənclərə uğurlar arzulayıb.