Another advertisement
“Xəzər dənizinin təbii qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”.
QafqazTürk.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib.
O bildirib ki, Şərq-Qərb dəhlizi inkişaf etdirilməlidir:
“Bu, bütün regionun inkişafına töhfə verəcək”.
R.T.Ərdoğan, həmçinin söyləyib ki, türk dövlətləri arasında əməkdaşlıq da inkişaf etdirilməlidir:
“Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq”.