This is a specific ad

Türkiyə kosmosa ilk peykini buraxmağa hazırlaşır

17

Another advertisement

Dünyanın ən böyük pilotsuz uçuş aparatları istehsalçılarından biri olan Türkiyənin “Baykar” şirkəti 2025-ci ildə kosmosa öz peykini buraxmağı planlaşdırır.

QafqazTürk.com xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri Selçuk Bayraktar bildirib.

Onun sözlərinə görə, kosmik layihə üzərində il yarımdır iş gedir.

Hər kəsin getdiyi yerə getmirik: Gələcəyi əvvəldən görür və bu gələcək üçün yarışa bu gündən hazırlaşırıq. Kosmik texnologiya sahəsində aşağı orbit peykləri və orbital ötürmə vasitələri üzərində işləyirik. İlk peykimizi 2025-ci ildə kosmosa göndərəcəyik”, – deyə o vurğulayıb.

Yeni texnologiyanın qlobal naviqasiya sistemləri və xüsusi rabitə proqramları üçün innovasiyaların inkişafına dəstək verəcək peyk olacağı gözlənilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
ილჰამ ალიევმა რიგგარეშე საპრეზიდენტო არჩევნები გამოაცხადა
Öncəki yazı
მარნეულიში არხების რეაბილიტაციის ტენდერი განმეორებით გამოცხადდა