This is a specific ad

Türkiyə Kiyev yaxınlığında hərbi zavod tikir

47

Another advertisement

Türkiyənin “Baykar” şirkəti Ukrayna paytaxtı Kiyevin yaxınlığında 500 nəfərin çalışacağı dron istehsalı zavodunun tikintisinə başlayıb.

QafqazTürk.com barədə “Baykar”ın baş direktoru Haluk Bayraktar xəbər verib.

Müəssisəmiz tikilir… İnşaatı bitirmək üçün təxminən 12 aya ehtiyacımız var. Sonra daxili maşın, avadanlıq və təşkilati struktura keçəcəyik. Müəssisə böyükdür, orada təxminən 500 nəfər işçinin çalışmasını planlaşdırırıq”, – deyə o bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, ildə təxminən 120 pilotsuz uçan aparat (PUA) istehsal ediləcək. Bununla belə, o, müəssisənin məhsulunun TB2, yoxsa TB3 olacağının hələ dəqiqləşdirilmədiyini bildirib.

Bayraktar, həmçinin qeyd edib ki, şirkət yaxın iki il ərzində Səudiyyə Ərəbistanında istehsala başlamağı planlaşdırır.

Kateqoriya: Dünya
Sonrakı yazı
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər – VİDEO
Öncəki yazı
Xankəndidə ilk dəfə seçki keçirilir