This is a specific ad

Türkiyə himninin Ermənistanda səslənməsi mənim üçün qürur idi – Cansu Bektaş

47

Another advertisement

Türkiyə himninin Ermənistanda səslənməsi mənim üçün qürur mənbəyi idi”.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika Çempionatında qadınlar arasında 45 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələn Cansu Bektaş bildirib.

“Azərbaycan bayrağının beynəlxalq yarışda yandırılmasına əvvəlcə çox təəccübləndim. Yarış zamanı birdən qaldırmada çempion oldum və rahatladım. İkinci dəfə edə bilmədim, üçüncüsündə isə Azərbaycan üçün etməliyəm dedim və bacardım. 90 kq ağırlıq qaldıraraq qızıl medal qazandım. Dövlət himnimiz səsləndirilərkən özümü saxlaya bilmədim. Dövlət himnimizi kəsdilər, hamısını oxutmadılar. Bu, mənim ən iddialı müsabiqəm ola bilər. Azərbaycan bayrağının yandırılmasından o qədər qəzəblənmişdim ki, bacarmalıyam dedim və bacardım”, – deyə o əlavə edib.

O, həmçinin qeyd edib ki, medalını Azərbaycan Prezidenti Cənab İlham Əliyev və xanımı Mehriban Əliyevaya hədiyyə edib.

“Sonra bizi Azərbaycana dəvət etdilər, hədiyyəmi özüm verdim. Bizi çox gözəl qarşıladılar, bizimlə çox gözəl söhbətlər etdilər”, -deyə o bildirib.

Qeyd edək ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən yandırılıb.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Avropa İttifaqı Şurasından Gürcüstana hərbi yardım
Öncəki yazı
II Avrasiya İqtisadi Forumu Moskvada keçiriləcək