Türkiyə hərbçiləri İraqda şəhid olublar – FOTO

0

İraqın şimalında partlayıcının işə düşməsi nəticəsində iki Türkiyə hərbçisi həlak olub.

QafqazTürk.com xəbər verir ki, bu barədə bazar günü Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

“2023-cü il iyunun 11-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvləri tərəfindən quraşdırılmış kustar yolla hazırlanmış partlayıcının işə salınması nəticəsində iki qəhrəmanımız yaralanıb. Onlar xəstəxanaya aparılıb. Lakin hərbçiləri xilas etmək mümkün olmayıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, İraqın şimalında “Pəncə-Kilid” transsərhəd əməliyyatı ötən ilin aprelində başlayıb və məqsədi bölgəni orada yerləşən PKK yaraqlılarından təmizləməkdir.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Türk Hava Yolları təyyarəsində 11 yaşlı uşaq öldü
Öncəki yazı
Türkiyədə 15 sərnişini olan yaxta batdı