Another advertisement
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.
QafqazTürk.com xəbər verir ki, səsvermə çərşənbə günü parlamentdə baş tutub.
Kurtulmuş səsvermənin üçüncü turunda seçilib.
Onun namizədliyini 600 deputatdan 321-i dəstəkləyib.
Qeyd edək ki, üçüncü turda qalib gəlmək üçün azı 301 səs tələb olunurdu.