Türkiyə bölgəsində komendant saatı elan edildi

0

Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunun 9 məhəllə və məzrasında (kənddən kiçik yaşayış məntəqəsi – red.) komendant saatı elan edilib.

QafqazTürk.com xəbər verir ki, bununla əlaqədar vilayət rəhbərliyi bəyanat yayıb.

Bəyanata əsasən buna səbəb bölgədə terror təşkilatı PKK-ya qarşı keçirilən əməliyyatdır.

Bəyanata görə, Nusaybin rayonu sərhədləri daxilindəki çöllük ərazilərdə aralarında yüksək səviyyəli təşkilat rəhbərlərinin də olduğu separatçı terror təşkilatı üzvlərinin və onlarla əməkdaşlıq edənlərin zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir. Separatçı terror təşkilatı tərəfindən istifadə edildiyi təxmin edilən sığınacaq, bunker, anbar sahələri və hava hücumundan müdafiə mövqelərinin aşkarlanaraq məhv edilməsi nəzərdə tutulur.

Bununla bağlı verilən bəyanatda qeyd edilib ki, 2 may 2023-cü il saat 04:00-dan etibarən əməliyyatlar başa çatana qədər bölgə, Nusaybin rayonunun Tekağaç, Sapanlı, Mağaracık, Arpalı, Bahminin, Kaleli, Şekrin, Yol, Güneli məhəllələri və məzralarında növbəti xəbərdarlığa qədər komendant saatı elan edilib. Vətəndaşlara öz təhlükəsizlikləri baxımından sözügedən qadağaya əməl etmələri tövsiyə olunub.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Selçuk Bayraktar: “TEKNOFEST dünyanın ən böyük festivalı kimi tarixə düşüb”
Öncəki yazı
ABŞ İnstitutu: “İranda iqtisadi motivli tətillər və etirazlar güclənəcək”