• 08 Dekabr 2023 14:27

Türkiyə ABŞ-yə səsləndi: “Bunun əvəzini siz ödəməli olacaqsınız”

Avatar photo

ByHacı Xəlilzadə

Apr 23, 2023

Türkiyə ABŞ-ni ölkənin sərhədləri yaxınlığında terror dövləti yaratmaq niyyətində olmasına görə ittiham edib.

QafqazTürk.com xəbər verir ki, bu məsələyə Türkiyənin daxili işlər naziri Süleyman Soylu mətbuata verdiyi müsahibəsində toxunub.

“Amerika bizim sərhədlərimizin yaxınlığında terror dövləti yaratmaq istəyir. Bu terror dövləti yaradıldığı andan bunun əvəzini siz ödəməli olacaqsınız. Biz tədbirlərimizi görürük. Buna qarşı Suriya və İraqda dörd böyük əməliyyat keçirmişik”, – deyə Türkiyənin DİN başçısı söyləyib.

Qeyd edək ki, rəsmi Ankara Vaşinqtonun kürd silahlı birləşmələri ilə əməkdaşlığına qarşı kəskin münasibət sərgiləyir.

20140cookie-checkTürkiyə ABŞ-yə səsləndi: “Bunun əvəzini siz ödəməli olacaqsınız”