• 09 Mart 2025 17:24

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Türkiyənin yüksək rütbəli rəsmiləri Əmmana gedir

ByTürkan Şahverdova

Mar 8, 2025
Another advertisement

Türkiyə xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və Milli İstehbarat Təşkilatının (MİT) sədri İbrahim Kalın İordaniyaya səfər edəcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkənin yüksək rütbəli rəsmi şəxsləri birgə 9 mart 2025-ci il tarixində İordaniya, İraq, Livan və Suriyanın iştirakı ilə Əmmanda keçiriləcək toplantıda iştirak edəcəklər.