Another advertisement
Türkiyənin Ümraniyyə şəhərində 4 mərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayışın səbəbi təbii qaz sızması olub
QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
KİV-in məlumatına görə, partlayış nəticəsində 1 nəfər xəsarət alıb. Partlayış ikinci mərtəbədəki mənzildə baş verib. Hadisə nəticəsində binanın bir mərtəbəsinin divarı tamamilə uçub.
Yanğınsöndürənlər təhlükəsizlik üçün binanın bütün sakinlərini təxliyə ediblər.
Partlayış nəticəsində yaxınlıqdakı evlərin və tikililərin şüşələri sınıb.