Türkiyənin şəhərlərində İstanbul merinə dəstək üçün genişmiqyaslı etiraz aksiyaları keçirilib.
QafqazTürk Media xəbər verir ki, bu barədə KİV məlumat yayıb.
Korrupsiya və terrorla əlaqədə olduğu iddiası ilə aparılan istintaq çərçivəsində saxlanılan Türkiyənin ana müxalifətçi Cümhuriyyət Xalq Partiyasının üzvü, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğluna dəstək üçün minlərlə insan üçüncü gündür Türkiyə şəhərlərində küçələrə axışıb.
Etirazlarda nümayişçilər hökumətin istefasını tələb ediblər.
Polis Türkiyənin paytaxtı Ankara və İzmir şəhərində də nümayişləri dağıdıb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın sözlərinə görə, ölkədə keçirilən etiraz aksiyaları zamanı azı 97 nəfər həbs edilib.