Another advertisement
Türkiyənin Gürcüstandakı səfirliyi Şovidə baş vermiş təbii fəlakət nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı verir.
“Şovidə baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların vəziyyətini böyük kədər hissi ilə öyrəndik. Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzu edirik. Biz acınıza şərikik Gürcüstan!”, – səfirliyin bəyanatında deyilir.
Qeyd edək ki, avqustun 3-də Şovda sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.