This is a specific ad

Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” xidmətə başlayır

23

Another advertisement

Dünyanın ilk hərbi PUA gəmisi, eyni zamanda da Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu” ölkə donanmasının xidmətinə verilir.

QafqazTürk.com xəbər verir ki, hərbi gəminin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.

Bayraktar TB3 hücum dronlarının ölkənin ən böyük hərbi gəmisinin göyərtəsində yerləşdirilməsi ilə əlaqədar iş bu il yekunlaşacaq.

Bundan əlavə, Hürjet döyüş təlim təyyarəsi də gəminin platformasına enə biləcək.

Artıq “TCG Anadolu” orduda xidmətə tam hazırdır və Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak edəcəyi mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Dubayda 15 milyon dollara avtomobil nömrəsi satılıb – FOTO
Öncəki yazı
Laçın artıq “koridor” deyil