“Şuşanın gələn il İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi dünyaya verilən önəmli bir mesajdır”.
Bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul üzrə millət vəkili Serkan Bayram bildirib.
Onun fikrincə, sözügedən məsələ İslam aləmi üçün də əhəmiyyəti olan bu qədim, tarixi və mistik şəhərin 2020-ci ilin noyabrına qədər məhv edilmə cəhdlərinə verilən cavabdır: “İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlətlərin mədəniyyət nazirlərinin belə bir qərarı çox düzgündür.
Şuşa işğaldan azad edilənədək Azərbaycan acılar çəkdi, mücadilələr verdi. Məncə, İslam dünyasının baş şəhəri olaraq Şuşaya bundan sonra heç bir qüvvə bəd niyyətlə toxuna bilməz. Şuşa öz haqqına qovuşur və haqq etdiyi daha gözəl günlər yaşayacaq”.