This is a specific ad

Türkiyədə rekord hava temperaturu qeydə alındı

46

Another advertisement

“Türkiyədə 50 dərəcəyə yaxın rekord temperatur qeydə alınıb.”

Qafqaztürk.com xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Mehmed Ojaseki bildirib.

Meteoroloqların məlumatına görə, Türkiyə tarixində ən yüksək temperatur Eskişehir vilayətinin Sarıcakaya şəhərində qeydə alınıb.

“Türkiyədə ölkə tarixində ən yüksək temperatur 49,5 dərəcə qeydə alınıb. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hər kəsi prezidentimiz Rəcəb Tayyib Ərdoğanın qarşıya qoyduğu yaşıl inkişaf hədəflərinə diqqətlə yanaşmağa çağırıram”, Ojaseki yazıb.

Əvvəlki rekord 2021-ci il iyulun 20-də Sizre şəhərində temperaturun 49,1 dərəcəyə qalxması ilə qeydə alınıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
1 iyun 23 iyul tarixlərində Gürcüstanda baş vermiş boğulma hadisələri
Öncəki yazı
NATO rəsmisi: “Ukrayna Rusiya tərəfindən ələ keçirilən ərazilərin müqabilində NATO-ya üzv ola bilər”