This is a specific ad

Türkiyədə məsciddə açıq-saçıq fotolar çəkdirənlərin həbs cəzası məlum olub

20

Another advertisement

Ankara Prokurorluğu Qocatəpə məscidində açıq-saçıq geyimdə şəkil çəkdirən və sosial şəbəkədə paylaşan iki şəxs barədə ittiham aktı hazırlayıb.

QafqazTürk.com Türkiyə mətbuatına istinadən xəbər verir.

İttiham aktında qeyd olunur ki, məsciddə çəkilən şəkillər İslam dininin dəyərlərini təhqir edir, söz və özünü ifadə etməklə azadlığı ilə heç cürə əsaslandırıla bilməz.

Gənclər isə öz növbəsində fotoları dini dəyərləri təhqir etmək məqsədi ilə deyil, bədii sənətlə əlaqəli olduqlarını iddia ediblər.

Hazırlanan ittiham aktına əsasən, məsciddə şəkil çəkdirən gəncləri 9 aydan 1 il 6 aya qədər həbs cəzası gözləyir.

Son qərarı isə Ankara şəhər məhkəməsi verəcək.

Kateqoriya: Dünya
Sonrakı yazı
Rusiya paytaxtına üç PUA hücum edib
Öncəki yazı
Yanvar-iyul aylarında Türkiyənin Gürcüstana polad məhsulları ixracının həcmi