Another advertisement
Marneuli meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze əslən Marneulidən olan idmançı, kikboksçu Eltun Qocayevlə görüşüblər və qazandığı uğur münasibətilə təbrik ediblər.
Türkiyənin Samsun şəhərində keçirilən çempionatda Eltun Qocayev 60 kq çəki dərəcəsində mübarizə apararaq birinci yeri tutub. O, Marneuli Munisipalitetinin idman məktəbinin boks üzrə məşqçisidir.